Azərbaycan klublarının infrastrukturu ilə bağlı ACINACAQLI FAKT

Azərbaycan klublarının infrastrukturu ilə bağlı ACINACAQLI FAKT

Hazırda oxunan: Azərbaycan klublarının infrastrukturu ilə bağlı ACINACAQLI FAKT
229444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanca peşəkar futbol klublarının təlim-məşq bazasının sayı bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın bu gün açıqlanan İnkişaf strategiyasında qeyd edilib.

Hazırda 34 klubun cəmi 5-nin minimum standartlara cavab verən təlim-məşq bazası var.

Bu, əlbəttə, acınacaqlı göstəricidir və o deməkdir ki, 34 klubdan (Premyer Liqa, 1-ci və 2-ci liqa təmsilçiləri) 29-nun bazası yoxdur!

Azərbaycanda idman məktəblərinin durumunu da yaxşı adlandırmaq olmaz. Uşaq-Gənclər İdman Məktəblərinin (UGİM) cəmi 5 futbol meydançası var. “Məktəblərdə Futbol” proqramına cəlb olunmuş 50 məktəbdə uşaqlar üçün futbol məşqləri keçirilir.

Ölkədə 3 stadion A milli komanda tərəfindən istifadə edilir. UEFA-nın tələblərinə cavab verən 2-ci və ya daha yüksək kateqoriyaya malik 7 stadion mövcuddur.

1 əsas təlim-məşq bazası - “Dalğa Arena” bütün milli komandalar tərəfindən istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO