Azərbaycan Premyer Liqası: “Sabah” “Qarabağ”la qarşılaşır

Azərbaycan Premyer Liqası: “Sabah” “Qarabağ”la qarşılaşır

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: “Sabah” “Qarabağ”la qarşılaşır

224129

Bu gün Misli Premyer Liqasında XVI tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq. Hər iki qarşılaşma paytaxtda baş tutacaq.

Çempionatın autsayderi “Səbail” mövsümün sürprizi “Araz-Naxçıvan”ı qəbul edəcək. Paytaxt klubu son pillədən qurtulmaq, Elmar Baxşıyevin komandası isə zirvəni ələ keçirmək üçün qalib gəlməyə çalışacaq.

Turun mərkəzi oyununda “Sabah” “Qarabağ”la üz-üzə gələcək. Vasili Berezutskinin yetirmələri lideri büdrətmək üçün meydana çıxacaqlar. Qurban Qurbanovun komandası isə mövqeyini qorumaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.

Misli Premyer Liqası

XVI tur

7 dekabr (şənbə)

15:00. “Səbail” – “Araz-Naxçıvan”

Baş hakim: Rəşad Əhmədov

“ASCO Arena”

18:00. “Sabah” – “Qarabağ”

Baş hakim: Elçin Məsiyev

“Bank Respublika Arena”

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO