Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo üçün şəxsi təyyarə hazırlanıb.
Bizim.Media xəbər verir ki, ulduz futbolçunun yeni təyyarəsinin videosu sosial şəbəkələrdə yayılıb.
“Gulfstream 650” təyyarəsi CR7 loqosu və qara rəngdə dizayn edilib.
Hava nəqliyyatının 73 milyon dollar dəyərində olduğu deyilir.
Xatırladaq ki, Kriştiano öz “Gulfstream G200” təyyarəsini 20 milyon funt sterlinqə satışa çıxarmışdı.
Bizim.Media