“Fənərbağça" 2024/25 mövsümü Türkiyə kuboku uğrunda yarışda iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Qurumun yaydığı açıqlamada bildirilir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi məktub göndərib.
"Fənərbağça"nın 29 noyabr tarixində göndərdiyi məktubda klubun 2024/2025 mövsümündə turnirdə iştirak etməkdən imtina etdiyi qeyd olunub.
TFF imtinanın səbəbləri barədə açıqlama verməyib.
Türkiyə mətbuatının daha əvvəl yazdığına görə isə “Fənərbağça”, eləcə də Superliqanın digər təmsilçisi “Kasımpaşa” ölkə kubokunda iştirakın onların maliyyə öhdəliyinə cavab verməməsi səbəbindən yarışdan imtina edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:14 / 06.12.2024
“Fənərbağça” yarışdan imtina etdi - Rəsmi
Hazırda oxunan: “Fənərbağça” yarışdan imtina etdi - Rəsmi
Hazırda oxunan: “Fənərbağça” yarışdan imtina etdi - Rəsmi
224089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.