Teymur Rəcəbov Çempionlar Turunda 1/4 finala yüksəldi

Teymur Rəcəbov Çempionlar Turunda 1/4 finala yüksəldi

Hazırda oxunan: Teymur Rəcəbov Çempionlar Turunda 1/4 finala yüksəldi

22394

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, "The FTX Crypto Cup"un üçüncü yarış günündə daha 5 tur oynanılıb.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov görüşlərindən 1 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ayrılaraq, 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

ŞAD XƏBƏR: FİDE Teymur Rəcəbova İddiaçılar turnirinə vəsiqə verdi


Teymur Rəcəbov isə oyunlarından 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb və 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə 34 yaşlı qrossmeysterin 1/4 finala vəsiqə qazanmasına imkan verib.

Çempionlar Turu, VI mərhələ, "The FTX Crypto Cup", 25 may

XI tur

Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov - 0:1

Aniş Giri (Niderland) - Teymur Rəcəbov - 1:0

XII tur

Teymur Rəcəbov - Dinq Liren (Çin) - 1:0

Şəhriyar Məmmədyarov - Aniş Giri (Niderland) - 0,5:0,5

XIII tur

Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Aleksandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5

XIV tur

Teymur Rəcəbov - Daniil Dubov (Rusiya) - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5

XV tur

Daniil Dubov (Rusiya) - Şəhriyar Məmmədyarov - 1:0

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 1:0

Beləliklə, 1/4 finalda görüşəcəklər:

Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)

Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Çin)

Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ)

Oyunlar 26 - 27 mayda keçiriləcək. 28 - 29 mayda yarımfinal, 30 - 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO