Məmmədyarov və Rəcəbov yenə Aroyanla görüşəcəklər

Məmmədyarov və Rəcəbov yenə Aroyanla görüşəcəklər

Hazırda oxunan: Məmmədyarov və Rəcəbov yenə Aroyanla görüşəcəklər
22081
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsi - “The FTX Crypto Cup” start götürür. Yarışda Azərbaycanı iki şahmatçı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. 

Şahmatçılarımızla yanaşı, turnirdə Maqnus Karlsen, amerikalı qrossmeysterlər Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Pyotr Svidler, Daniil Dubov, Aleksandr Qrişuk, çinli Liren Dinq, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi iranlı Alireza Firuzca, argentinalı Alan Piçot, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.
 

MÖVZU İLƏ BAĞLI:

Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı açıqlandı


Turnirin birinci turunda T.Rəcəbov H.Nakamura, Ş.Məmmədyarov M.Karlsenlə mübarizə aparacaq. Hər iki şahmatçımız ağ fiqurlarla oynayacaq.

“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar dəyərində bitkoin bonus olacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 500 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Ş.Məmmədyarov seriyanın bundan əvvəlki – beşinci mərhələsində L.Aronyanı məğlub edərək üçüncü yeri tutub. Turnirin qalibi isə M.Karlsen olub.

Xatırladaq ki, altıncı dəfə keçirilən yarışda T.Rəcəbov da yüksək nəticələrlə yadda qalıb. Belə ki, təmsilçimiz seriyanın ikinci - “Airthings Masters” turnirinin qalibi olub. O, üçüncü mərhələdə - “Opera Euro Rapid” turnirində üçüncü yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO