Cavid Hüseynov: “Əsas məqsəd Premyer Liqadakı yerimizi qorumaq olacaq”

Cavid Hüseynov: “Əsas məqsəd Premyer Liqadakı yerimizi qorumaq olacaq”

Hazırda oxunan: Cavid Hüseynov: “Əsas məqsəd Premyer Liqadakı yerimizi qorumaq olacaq”
220541
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Düşünürəm ki, biz çətin missiyanın öhdəsindən gələcəyik". 

Bizim.Media xəbər verir ki, bunu "Səbail"ə yeni baş məşqçi təyin olunan Cavid Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Bu gün komandanı ilk məşqə çıxaran gənc mütəxəssis əsas hədəflərinin Premyer Liqada qalmaq olduğunu bildirib:

"Səbail" kimi kollektivdə çalışmaq hər bir məşqçinin arzusudur. Buraya gəldiyim üçün xoşbəxtəm. Reallıq budur ki, komandamızın turnir cədvəlindəki mövqeyi ürəkaçan deyil. Buna görə də əsas məqsəd Premyer Liqadakı yerimizi qorumaq olacaq. Düşünürəm ki, mübariz kollektiv sayəsində üzərimə düşən işi yerinə yetirəcəyik.
 

Bu təklif mənə gələndə bəzi şəxslərlə söhbətləşdim. Həqiqətən gördüm ki, komandada istedadlı oyunçular çoxluq təşkil edir. "Turan Tovuz"da köməkçi məşqçi kimi çalışarkən rəqib olaraq "Səbail"i təhlil etdiyim zaman komandanın potensialının yüksək olduğunu hiss edirdim".


Qeyd edək ki, Cavid Hüseynov bu vəzifədə Şahin Diniyevi əvəzləyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO