"Qarabağ" Norveçdə qələbə QAZANDI - VİDEO

"Qarabağ" Norveçdə qələbə QAZANDI - VİDEO

Hazırda oxunan: "Qarabağ" Norveçdə qələbə QAZANDI - VİDEO
219736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Ağdam klubu səfərdə Norveç "Bodo Qlimt"i ilə qarşılaşıb. Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 

Bu vacib qələbə ilə "Qarabağ" Liqa mərhələsində ilk xallarını qazanıb. Qurban Qurbanovun komandası qazandığı 3 xalla turnir cədvəlində sonuncu - 36-cı yerdən 29-cu pilləyə yüksəlib. "Bodo Qlimt" isə 7 xalla 11-ci pillədə qərarlaşır.


"Qarabağ" 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda isə "Ayaks"a (0:3) məğlub olub.

"Bodo Qlimt" əvvəlcə "Portu"nu üstələyib (3:2), 2-ci turda "Yunion"la heç-heçə edib (0:0), daha sonra isə "Braqa"ya qalib gəlib (2:1).

"Qarabağ" və Bodo Qlimt" tarixlərində ilk dəfə üz-üzə gəliblər.

Avropa Liqası, Liqa mərhələsi, 4-cü tur

21:45. "Bodo Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 1:2

Qollar: Toral Bayramov, 22 (0:1), Patrik Berq, 41 (1:1), Abdullah Zubir, 69 (1:2)

Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (Portuqaliya)
"Aspmira" stadionu






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO