“Azərreyl” yarımfinalda qalib gəldi

“Azərreyl” yarımfinalda qalib gəldi

Hazırda oxunan: “Azərreyl” yarımfinalda qalib gəldi
219002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kişi voleybolçular arasında təşkil olunan ölkə kubokunda yarımfinal oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, GİN-in Voleybol Mərkəzində ilk olaraq “Azərreyl” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Gərgin keçən oyunda qalib tay-brekdə müəyyən olunub.

“Azərreyl” 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Günün növbəti qarşılaşması isə “Neftçi” və “Xilasedici” komandaları arasında olub. Bu görüşdə 3:1 hesabı ilə qalib gələn “Xilasedici” finala vəsiqə qazanıb.

Noyabrın 4-də finalda “Azərreyl” və “Xilasedici” komandaları üz-üzə gələcəklər.

Ölkə kuboku

Kişilər

Yarımfinal

“Azərreyl” - “Murov Az Terminal” - 3:2 (22:25, 25:21, 25:19, 23:25, 15:13)

“Neftçi” - “Xilasedici” - 1:3 (22:25, 25:22, 17:25, 23:25).

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO