4 boksçumuz dünya birinciliyində 1/4 finala yüksəldi

4 boksçumuz dünya birinciliyində 1/4 finala yüksəldi

Hazırda oxunan: 4 boksçumuz dünya birinciliyində 1/4 finala yüksəldi
218073
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/8 final mərhələsinə start verilib.

Bizim.Media Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 4 boksçusu çıxışını qələbə ilə yekunlaşdırıb.

Bilalhəbaşi Nəzərov (48 kq) Jair Bonillanı (Ekvador) sınağa çəkib. Yığma üzvü hər 3 raundu aktivinə yazaraq, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşündə Angel Sober Ruislə (Kuba) döyüşəcək.

Zidan Hümbətov (51 kq) da mübarizəni 1/4 finalda davam etdirəcək.

Boksçumuz Mateuş Şoçarja (Polşa) 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Z.Hümbətovun növbəti rəqibi Meroj Sufijonov (Tacikistan) olacaq.

Ömər Aslanlı (54 kq) qazaxıstanlı Bayirjan Muratova gücünü göstərib. O, 4:1 (28:28, 29:27, 27:29, 29:27, 28:28) hesabı ilə qələbə qazanıb. Boksçumuz 1/4 finalda Sobirjon Tastanovu (Özbəkistan) sınağa çəkəcək.
 

Əli Abdullayev (63,5 kq) ardıcıl 3-cü görüşünü də aktivinə yazıb. O, 1/8 finalda Ruslan Qafurovu (Tacikistan) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 29:27, 29:28, 29:28, 29:28). Abdullayev növbəti döyüşündə Emmanouil Fotiadislə (Yunanıstan) üz-üzə gələcək.


Qeyd edək ki, millimizin daha 3 boksçusu 1/8 final görüşünə çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO