Daha iki boksçumuz dünya çempionatına qələbə ilə başladı

Daha iki boksçumuz dünya çempionatına qələbə ilə başladı

Hazırda oxunan: Daha iki boksçumuz dünya çempionatına qələbə ilə başladı
217998
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Bizim.Media xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycan millisinin 2 idmançısı çıxışını qələbə ilə başa vurub.

Tağı Nəsibov (57 kq) debütdə Peter Benedeklə (Macarıstan) qarşılaşıb. 1/16 finalda çərçivəsində baş tutan görüşdə hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (28:29, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Matas Qriqorianasla (Litva) döyüşəcək.

Məhəmmədəli Qasımzadə (60 kq) də dünya birinciliyində ilk qələbəsini qazanıb. Boksçumuz 1/16 finalda Luis Peres Berrionu (Kolumbiya) 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib. O, ikinci görüşünü Armin Santos Mancillaya (Meksika) qarşı keçirəcək.

Qeyd edək ki, dünya birinciliyinə noyabrın 3-də yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO