Cüdoçumuz Avropa çempionatında finala YÜKSƏLDİ

Cüdoçumuz Avropa çempionatında finala YÜKSƏLDİ

Hazırda oxunan: Cüdoçumuz Avropa çempionatında finala YÜKSƏLDİ
210420
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan cüdoçusu Aslan Kotsoyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında finala yüksəlib.

Bizim.Media xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda italiyalı Henri Ovusu ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn A.Kotsoyev həlledici qarşılaşmaya vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada serbiyalı Milyan Radulu sınağa çəkəcək.

Kənan Nəsibov (+100 kiloqram) isə bürünc medal görüşündə çexiyalı Tomaş Raşka ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO