Qurban Qurbanovdan AÇIQLAMA

Qurban Qurbanovdan AÇIQLAMA

Hazırda oxunan: Qurban Qurbanovdan AÇIQLAMA
207618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Buraxdığımız üçüncü qol artıq oldu.

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:3 hesablı məğlubiyyəti şərh edib:

"Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Rəqib komandanın gücünü bilirdik. Baxmayaraq ki, oyuna pis hazırlaşmamışdıq. Hesabda geridə olmağımıza baxmayaraq futbolçularım çəkinmədən mübarizə apardılar. Bu, mənim çox xoşuma gəldi. Buraxdığımız üçüncü qol artıq oldu. Lakin 3:0 qalib gəliblərsə, deməli bunu haqq ediblər.

"Dinamo"nu qələbə münasibəti ilə təbrik edirəm. Bu görüşün cavab oyunu var. Baxmayaraq ki, heyətdəki itkilərimiz davam edir. Bu hal bizə problem yarada bilər. İstənilən halda cavab matçına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyunu göstərmək istəyirik. İlk matçda buraxdığımız səhvləri cavab görüşündə düzəltməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO