Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal QAZANDI

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal QAZANDI

Hazırda oxunan: Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal QAZANDI
207586
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatına start verilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Azərbaycan güləşçisi Əmrah Əmrahov (48 kq) ukraynalı Boqdan Makarovetsə 3:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı Armin Şamsipourhacıya uduzub – 0:8. Əmrah təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova 9:0 hesabı ilə qalib gəlib.

Əmrahov qazaxıstanlı Yedige Toleutayevi də 3:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub.

Əli Nəzərov (55 kq) startda gürcüstanlı David Qabedavadan güclü olub – 5:3. Ancaq 1/4 finalda amerikalı Ceyden Raneyə (3:4), təsəlliverici görüşdə isə özbəkistanlı Sərdar Xolmurzayevə (3:10) məğlub olub.

Emil Abdullayev (65 kq) serbiyalı Balaz Ujheljiyə (4:1) və misirli Mohamad İbrahimə (4:1) qalib gələrək yarımfinala yüksəlib. Emil finalın bir addımlığında ukraynalı Vladislav Pokotilo ilə görüşdə uduzub – 1:4. Abdullayev bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Cəbrayıl Umxadjiyevlə bacarmayıb – 4:9.
 

Orxan Hacıyev (80 kq) çinli Jeyinq Sonqla (10:1) qırğızıstanlı Joomart Aşimova (tuş) tam üstünlüklə qalib gəldikdən sonra ermənistanlı Arame Arakelyanı üstələyiib – 7:1. Orxan yarımfinalda qazaxıstanlı Yerkebulan Anapiya ilə qarşılaşıb. Həmyerlimiz son saniyələrdə qələbəni əldən verib – 6:8. Hacıyev bürünc medal uğrunda görüşdə isə ukraynalı Vladislav Solodçuka 6:9 hesabıyla uduzub.


Abdullah Həsənov (110 kq) debütdə ermənistanlı Seyran Kirakosyana məğlub olub – 0:4.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO