Paris-2024: Azərbaycan medal sıralamasında 18-ci pillədə qərarlaşıb

Paris-2024: Azərbaycan medal sıralamasında 18-ci pillədə qərarlaşıb

Hazırda oxunan: Paris-2024: Azərbaycan medal sıralamasında 18-ci pillədə qərarlaşıb
204835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb.

Bizim.Media xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb.
 

Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.


Qardaş ölkə Türkiyə və Ukrayna 40-cı (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 21-ci sıradadır.

İlk "üçlük"də Çin (13 qızıl, 9 gümüş, 9 bürünc), Fransa (11 qızıl, 12 gümüş, 13 bürünc) və Avstraliya (11 qızıl, 6 gümüş, 5 bürünc) yer alıb.

Hələlik 50 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO