Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti tarixi uğura imza atıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti tarixi uğura imza atıb

Hazırda oxunan: Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti tarixi uğura imza atıb
202374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qadın futbolçulardan ibarət Azərbaycan millisi daha bir tarixi uğura imza atıb. 

Bizim.Media xəbər verir ki, daha əvvəl Millətlər Liqasında B divizionuna yüksəlməklə ölkə futbolunun tarixinə düşən Siyasət Əsgərovun komandası bu dəfə Avropa çempionatının seçmə mərhələsində ilk dəfə pley-offa vəsiqə qazanıb. 

B Liqasının 1-ci qrupunda mübarizə aparan yığma son oyunda İsveçrə seçməsinə 0:3 hesabı ilə uduzaraq sonuncu olsa da, pley-offa yüksəlib. 

Bu raundda ümumilikdə 28 komanda final mərhələsinə son 7 vəsiqə uğrunda mübarizə aparacaq. İki raunddan ibarət olan pley-off mərhələsinin püşkü iyulun 19-da atılacaq. Əvvəlcə 28 komanda 14 cütlük təşkil edəcək. Ardınca isə qalib yığmalar Avropa çempionatına son 7 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. 

Azərbaycan millisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Yığmanın potensial rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna və Şimali İrlandiya kollektivləridir. 
Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı 2025-ci il iyulun 2-dən 27-dək 16 ölkə yığmasının iştirakı ilə İsveçrədə keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO