Millimiz Ermənistan komandası ilə qarşılaşacaq

Millimiz Ermənistan komandası ilə qarşılaşacaq

Hazırda oxunan: Millimiz Ermənistan komandası ilə qarşılaşacaq
201175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın 16 yaşadək qız və oğlanlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda ilk matçlarına çıxacaqlar.

Bizim.Media xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi, A qrupunda yer alan qızlardan ibarət yığma Ermənistan komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Milli növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.

Tahir Baxşıyevin baş məşqçisi olduğu, A qrupunda mübarizə aparan 16 yaşadək oğlanlardan ibarət yığma isə ilk görüşdə Albaniya ilə qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Milli növbəti oyunlarını iyulun 10-da Moldova, 11-də Malta komandalarına qarşı keçirəcək.

Qeyd edək ki, qızların yarışına Cəbəllütariq, oğlanların turnirinə isə Albaniya ev sahibliyi edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO