Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Hazırda oxunan: Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq
199103
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, E və F qruplarında ümumilikdə 4 oyun baş tutacaq.

E qrupunda Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşacaq. İlk iki turdan sonra bütün dörd komandanın hər birinin aktivində 3 xalı var. Odur ki, bu qrupda bütün suallara məhz sonuncu turda aydınlıq gələcək.

F qrupunda isə Türkiyə seçməsi Çexiyanı, Portuqaliya kollektivi isə Gürcüstanı sınağa çəkəcək.
Hazırda Portuqaliya 6 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla ikincidir. "Ay-ulduzlular"a qrupdan çıxmaq üçün 1 xal da kifayət edəcək. Digər iki yığmanın isə 1 xalı var və onların da pley-offa adlamaq şansları davam edir.

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO