AVRO-2024: İtaliya millisi də heyəti AÇIQLANDI

AVRO-2024: İtaliya millisi də heyəti AÇIQLANDI

Hazırda oxunan: AVRO-2024: İtaliya millisi də heyəti AÇIQLANDI

193737

İtaliya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, ilkin siyahıda 30 futbolçu yer alıb. Baş məşqçi Luçano Spalletti onlardan 26-nı Almaniyadakı turnirə aparacaq. Mütəxəssis yekun heyəti iyunun 7-dək müəyyənləşdirməlidir.

Qapıçılar: Canluici Donnarumma (PSJ, Fransa), Aleks Meret (“Napoli”), İvan Provedel (“Latsio”), Gulelmo Vikario (“Tottenhem”, İngiltərə);

Müdafiəçilər: Françesko Açerbi, Alessandro Bastoni, Matteo Darmian, Federiko Dimarko (hamısı “İnter”), Raul Bellanova, Alessandro Buondjorno (hər ikisi “Torino”), Rikkardo Kalafiori (“Bolonya”), Andrea Kambyaso (“Yuventus”), Covanni di Lorenso (“Napoli”), Canluka Mançini (“Roma”), Corcio Skalvini (“Atalanta”);

Yarımmüdafiəçilər: Nikolo Barella, Davide Frattezi (hər ikisi “İnter”), Brayan Kristante, Lorenso Pelleqrini (hər ikisi “Roma”), Nikolo Fadjioli (“Yuventus”), Mihael Folorunşo (“Verona”), Jorjinyo (“Arsenal”, İngiltərə), Samuele Riççi (“Torino”);

Hücumçular: Federiko Kyeza (“Yuventus”), Stefan El-Şaaravi (“Roma”), Rikkardo Orsolini (“Bolonya”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Dzakkani (“Latsio”).
Qeyd edək ki, AVRO-2024 iyunun 14-də başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO