Rusiya klubu “Qarabağ”ın qapıçısını transfer etmək İSTƏYİR

Rusiya klubu “Qarabağ”ın qapıçısını transfer etmək İSTƏYİR

Hazırda oxunan: Rusiya klubu “Qarabağ”ın qapıçısını transfer etmək İSTƏYİR

193680

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın daha bir komandasının maraq dairəsinə düşüb.

Bizim.Media “Matç TV”yə istinadən xəbər verir ki, bu mövsüm Rusiya birinci divizionunda mübarizə aparan və 2025/2026 mövsümündən Premyer Liqaya qayıdan "Ximki" “Qarabağ”ın qolkiperini transfer siyahısına daxil edib.

O, Rusiya klubunun transfer etmək istədiyi dörd qapıçıdan biridir. Daha əvvəl isə Rusiya mətbuatı Andreyin "Zenit" və "Dinamo”nun maraq dairəsində olması haqda yazmışdı.

Xatırladaq ki, Lunyovun “Qarabağ”la müqaviləsi bu yay başa çatacaq. Tərəflərin yaxın vaxtlarda iki illik müqavilə imzalayacağı gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO