Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya QAZANDI

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya QAZANDI

Hazırda oxunan: Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya QAZANDI

191289

Sabah Şəriəti Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin yunan-Roma güləşçisi bu hüquqa  İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yiyələnib. 

130 kq çəkidə çıxış edən idmançımız Olimpiya "bileti" üçün həlledici görüşdə Pavel Qlinçukla (AİN) üz-üzə gəlib. Buna qədər Nikolaos Ntunyasu (Yunanıstan) 8:3, Roman Kimi (Qırğızıstan) 10:0, Mantas Knistautası (Litva) 1:1 (sonuncu xal prinsipi) hesabı ilə məğlub edən güləşçimiz ardıcıl 4-cü qələbəsini qazanıb. 

O, Pavel Qlinçuka (AİN) da sonuncu xal prinsipi ilə qalib gəlib (1:1). Yarımfinaldakı uğur idmançımıza Parisə lisenziya qazandırıb.

Qeyd edək ki, daha öncə Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) da Fransa paytaxtına bilet sifariş edib. Bununla da yunan-Roma güləşçilərimizin hesabındakı vəsiqələrin sayı 5-ə yüksəlib. 

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisinin aktivində 6 lisenziya var. Sabah isə 5 qadın güləşçimiz xalça üzərinə çıxacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO