\

\"Real\"a transfer olmaq başıma gələn ən yaxşı hadisədir\" - Bellinqem

Hazırda oxunan: \"Real\"a transfer olmaq başıma gələn ən yaxşı hadisədir\" - Bellinqem

190794

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem Madrid klubuna keçidi haqda danışıb.

Bizim.Media İspaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bu transferi başına gələn ən yaxşı hadisə adlandırıb:

“Real" xüsusi klubdur. Bu klubla müqavilə imzalamaq mənim başıma gələn ən yaxşı şeydir.
"Real"a mənə olan marağına görə təşəkkür etməliyəm. Burada çoxlu istedadlı oyunçular var.

Mən fəxr edirəm ki, onlar mənim komandaya uyğunlaşmaq üçün düzgün keyfiyyətlərə və xarakterə malik olduğumu düşünürdülər. “Real” mənə zəng edib növbəti bir neçə il üçün plan və layihə barədə danışanda məni inandırdılar. Bu barədə düşünməyə belə ehtiyacım yox idi”.
Bellinqhem 2023-cü ilin iyulunda Dortmund "Borussiya"sından "Real"a keçib. Onun transfer məbləği 103 milyon avro olub. Bu mövsüm Bellinqem bütün turnirlərdə 38 oyun keçirib, 22 qol vurub və 10 qolun ötürməsini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO