"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger

Hazırda oxunan: "Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger

189827

"Real"ın müdafiəçisi Antonio Rudiger PSJ-nin hücumçusu Kilian Mbappe ilə Çempionlar Liqasının finalında mümkün qarşılaşması barədə danışıb.

Bizim.Media xəbər verir ki, almaniyalı müdafiəçi yarımfinalda "Bavariya" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib ki, Mbappe onu keçə bilməz: 

“Finalda Mbappe ilə qarşılaşsam, ona qalib gələcəm. Yanımdan keçməyə çalışsa, onu əzəcəyəm".

Rudiger Mbappenin böyük oyunçu olduğunu da qeyd edib:

“O, gənc yaşında Fransa ilə dünya çempionatını qazanıb. Hazırda ən yaxşı oyunçulardandır. “Real”a gəlməsindən danışsaq, hələ rəsmi məlumat yoxdur. Amma gəlsə, düşünürəm ki, yaxşı olar. Həmişə tarixin ən yaxşıları “Real”da oynayıblar”.
Qeyd edək ki, 1/4 finalda "Mançester Siti"dən üstün olan "Real" bu gecə yarımfinalın ilk matçında "Bavariya" ilə üz-üzə gələcək. "Barselona"nı mübarizədən kənarlaşdıran PSJ isə sabah yarımfinalın ilk oyununda Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO