Məmmədyarov və Rəcəbov bu gün Çempionlar Turunda mübarizəyə başlayır

Məmmədyarov və Rəcəbov bu gün Çempionlar Turunda mübarizəyə başlayır

Hazırda oxunan: Məmmədyarov və Rəcəbov bu gün Çempionlar Turunda mübarizəyə başlayır
18893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində mübarizə start veriləcək.

Bizim.Media xəbər verir ki, "New In Chess" adlı mərhələdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Ümumilikdə 16 qrossmeyster 3 gün ərzində bir-biri ilə üz-üzə gələcək.

İlk 5 turun görüşləri birinci yarış günündə olacaq. I turda Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə, Teymur Rəcəbov isə ağ fiqurlarla Böyük Britaniyadan olan Qaveyn Consla qarşılaşacaq.

Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla III, Məmmədyarov isə XIII turda qarşılaşacaq. Onlar müvafiq olaraq qara və ağ fiqurlarla mübarizə aparacaqlar. Şahmatçılar XI turda bir-birilərinə rəqib olacaq.

New In Chess

24 aprel

I tur

Teymur Rəcəbov - Qaveyn Cons (Böyük Britaniya)

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov

II tur

Teymur Rəcəbov - Aryan Tari (Norveç)

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)

III tur

Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov

Yan Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov

IV tur

Şəhriyar Məmmədyarov - Rameşbabu Praqqnanandha (Hindistan)

Teymur Rəcəbov - Yohan-Sebastyan Kristiansen (Norveç)

V tur

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO