Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

Hazırda oxunan: Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

188106

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 9-cu turun partiyaları oynanılıb. 

Bizim.Media xəbər verir ki, çempionatın lideri Məhəmməd Muradlı hesabat turunda Abdulla Qədimbəyliylə xalı yarı bölüb.

Aydın Süleymanlı qara fiqurlarla Vüqar Manafovu məğlub edib. Vüqar Rəsulov ağ fiqurlarla Read Səmədovu üstələyib. Xəzər Babazadə-Toğrul Həsənzadə arasında partiya heç-heçə yekunlaşıb. 
Reqlamentə əsasən 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcək. Sabah başlayacaq yarımfinalda 9 turdan sonra lider olan Məhəmməd Muradlı dördüncü yerdə qərarlaşan Vüqar Rəsulova, 2-3-cü yerləri tutan Aydın Süleymanlı isə Xəzər Babazadəyə rəqib olub. Yarımfinal iki oyundan ibarət olacaq. İlk oyunda Xəzər Babazadə və Vüqar Rəsulov ağ fiqurlarla yarışacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO