Qubada kross qaçısı üzrə Azərbaycan çempionatı keçirildi - FOTO

Hazırda oxunan: Qubada kross qaçısı üzrə Azərbaycan çempionatı keçirildi - FOTO

186101

Bu gün Qubada kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. 

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən atletlər mübarizə aparıb. 

Ölkə çempionatında paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Beyləqan, Bərdə, İsmayıllı, Gədəbəy və Naftalandan 200-dən artıq atlet iştirak edib. 

Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Əsgərli ölkə çemponu olub.

6 km məsafədə İsmayıllı idmançısı Valeri Qrubskiy, 3 və 2 km-də isə müvafiq olaraq Gəncə atleti İsgəndər Əsgərov və Naxçıvan təmsilçisi Namiq Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub. 4 km-də Leyla Abduləzizova, 2 və 1 km məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi adını qazanıb.








Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO