Boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI 

Hazırda oxunan: Boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI 

185782

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib. 

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb. 

60 kq çəkidə Məhəmmədəli Qasımzadə 1/16 final çərçivəsində Demurovi Levanla (Gürcüstan) qarşılaşıb.

Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb – 5:0. Qasımzadə növbəti görüşündə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Döyüş aprelin 7-də olacaq.

Qeyd edək ki, yığmamız Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO