Fərid Qayıbov AFFA-nın konfransına niyə qatılmayıb?

Fərid Qayıbov AFFA-nın konfransına niyə qatılmayıb?

Hazırda oxunan: Fərid Qayıbov AFFA-nın konfransına niyə qatılmayıb?
185307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın Hesabat-Seçki konfransı keçirilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov konfransda iştirak etməyib. İlk dəfədir ki, gənclər və idman naziri bu tədbirə qatılmayıb.

Maraqlıdır ki, AFFA-nın İcraiyyə Komitəsində Gənclər və İdman Nazirliyini heç kim təmsil etməyəcək. Futbol federasiyasının ölkənin əsas idman qurumlarından biri olduğunu nəzərə alsaq, baş verənlər maraq doğurur.

Gənclər və İdman Nazirliyinin mətbuatı xidməti isə Fərid Qayıbovun iclasda iştirak etməməsi ilə bağlı suala belə cavab verib: “Nazir müavini Mariana Vasileva və İdman şöbəsinin müdiri Elnur Məmmədov iştirak ediblər”.

Nazirlik qurum rəhbərinin iştirak etməməsinin səbəbini isə açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl idman mediasında nazir Fərid Qayıbovun sözügedən tədbirdə iştirak etməyəcəyi ilə bağlı məlumat yayımlanmışdı. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO