Andrey Lunyov: ““Nyukasl”da dördüncü qapıçı olmaqdansa, “Qarabağ”da oynamaq yaxşıdır

Andrey Lunyov: ““Nyukasl”da dördüncü qapıçı olmaqdansa, “Qarabağ”da oynamaq yaxşıdır"

Hazırda oxunan: Andrey Lunyov: ““Nyukasl”da dördüncü qapıçı olmaqdansa, “Qarabağ”da oynamaq yaxşıdır"

184922

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Ağdam təmsilçisinə keçməmişdən əvvəl "Nyukasl"ın təklifini niyə qəbul etmədiyi haqda danışıb.

Bizim.Media xəbər verir ki, rusiyalı qolkiper sport24.ru-ya açıqlamasında əsas heyətdə oynamaq üçün "Qarabağ"ı seçdiyini deyib:

"Azərbaycanda və avrokuboklarda oynayırsansa, təbii ki, “Nyukasl”da üçüncü və ya dördüncü qapıçı olmaqdansa, “Qarabağ”da əsas heyətdə çıxış etmək daha yaxşıdır. Demək olar ki, 33 yaşım var. Ona görə də hələ də futbol oynamaq istəyirəm. Bəlkə 36 yaşında İngiltərədə çıxış etmək olar. Onda ehtiyat oyunçular arasında oturub matça baxa bilərsən".

Qeyd edək ki, A.Lunyov 2023-cü ilin avqustundan "Qarabağ"da oynayır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO