Kroos yenidən Almaniya millisində

Kroos yenidən Almaniya millisində

Hazırda oxunan: Kroos yenidən Almaniya millisində

182634

"Real"ın mərkəz yarımmüdafiəçisi Toni Kroos Almaniya millisinə çağırılıb.

Bizim.Media xəbər verir ki, 34 yaşlı futbolçu Fransa və Niderlandla bu ay keçiriləcək yoldaşlıq matçları üçün yığmaya dəvət olunub. 

Kroos 2021-ci ildən sonra ilk dəfə millinin oyunlarında iştirak edəcək. Futbolçu beynəlxalq karyerasını Avro 2020-dən sonra başa vursa da, bu ilin fevralında onu bərpa etmək qərarına gəlib.

Kroos 11 il (2010-2021) milli komandada çıxış edib. Bu müddətdə yarımmüdafiəçi 106 matçda iştirak edib, 17 qol vurub. O, 2014-cü ildə dünya çempionu olub.

Qeyd edək ki, Almaniya millisi martın 23-də Fransa ilə, martın 26-da Niderlandla qarşılaşacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO