Tahir Gözəl bugünkü oyundan DANIŞDI: “Əzmkar mübarizə gözləyirəm”

Tahir Gözəl bugünkü oyundan DANIŞDI: “Əzmkar mübarizə gözləyirəm”

Hazırda oxunan: Tahir Gözəl bugünkü oyundan DANIŞDI: “Əzmkar mübarizə gözləyirəm”
182616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi “Qarabağ” bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bayer” klubu ilə görüşəcək.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl Bakıda təşkil olunan vacib konfransa qatıldığı üçün Leverkuzendə keçiriləcək matça yollanmayıb.

Bakıda olan klub prezidenti komandaya uğurlar arzulayıb:

“Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan 2:2 hesablı heç-heçə göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, öz gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”. 

Tahir Gözəl "Qarabağ"dan əzmkar mübarizə gözlədiyini vurğulayıb:

“Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Əsas böyük ürəyin, mübarizliyin olmasıdır. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO