Çempionlar Liqasının1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Çempionlar Liqasının1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Hazırda oxunan: Çempionlar Liqasının1/8 final mərhələsinə bu gün yekun vurulacaq

182336

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, bu gün mərhələnin son iki cavab oyunu keçiriləcək.

İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olacaq. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə qorumağa çalışacaqlar.

Digər cütdə Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edəcək.

Qeyd edək ki, buna qədər “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

13 mart

00:00. “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa).

Madrid, “Metropolitano” stadionu

İlk oyun - 0:1.

00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland)

Baş hakim: Daniele Orsato (İtaliya).

Dortmund, “Siqnal İduna Park” stadionu

İlk oyun - 1:1.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO