Bakıda güləş üzrə lisenziya turniri keçiriləcək

Bakıda güləş üzrə lisenziya turniri keçiriləcək

Hazırda oxunan: Bakıda güləş üzrə lisenziya turniri keçiriləcək

182141

Aprelin 5-dən 7-dək Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçiriləcək.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda hər çəkidə finala yüksələn idmançılar öz ölkələrinə Paris-2024 Olimpiadasına lisenziya qazandıracaq. 

Dünya Güləş Birliyinin (UWW) qəbul etdiyi qərara əsasən, final görüşləri keçirilməyəcək və yarımfinallarda qələbə qazanan güləşçilər Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşində 60, 67, 77, 87, 97 və 130, aprelin 6-da qadın güləşində 50, 53, 57, 62, 68 və 76, turnirin son günündə isə sərbəst güləşdə 57, 65, 74, 86, 97 və 125 kq-da mübarizə baş tutacaq.

I-S kateqoriyalı hakimlərin idarə edəcəyi yarışın gündüz seansı saat 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Aprelin 5-də 17:30-da turnirin təntənəli açılış mərasimi start götürəcək.

İlk dəfə ölkəmizdə keçiriləcək yarış İctimai TV vasitəsiylə canlı yayımlanacaq. Yaxın günlərdə biletlər “İtickets” vasitəsi ilə satışa çıxarılacaq.




Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO