Bakıda Dünya Kubokuna yekun vuruldu

Bakıda Dünya Kubokuna yekun vuruldu

Hazırda oxunan: Bakıda Dünya Kubokuna yekun vuruldu

181934

Bakıda təşkil olunan idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.

Bizim.Media xəbər verir ki, yarışda 67 ölkədən 300-dək kişi və qadın gimnast mübarizə aparıb. Final mərhələsinin ikinci günündə kişilər arasında tirdə hərəkətlərdə medalçılar məlum olub. Litvalı Robert Tvoroqal qızıl, braziliyalı Artur Mariano gümüş, kolumbiyalı Angel Baraxas isə bürünc medallara layiq görülüblər.

Yarışda fərqlənən idmançılara “AGF Trophy” kuboku da təqdim edilib. Kişilər arasında bu kuboka Azərbaycan gimnastı İvan Tixonov layiq görülüb. Qadınların yarışında isə çinli Siu Duya mükafata sahib çıxıb.

Qeyd edək ki, Dünya Kubokunun dörd mərhələsinin yekununa əsasən, ilk iki yeri tutan idmançılar "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO