“Qarabağ” ölkəmizə UEFA reytinqində növbəti əmsallar QAZANDIRIB

“Qarabağ” ölkəmizə UEFA reytinqində növbəti əmsallar QAZANDIRIB

Hazırda oxunan: “Qarabağ” ölkəmizə UEFA reytinqində növbəti əmsallar QAZANDIRIB
181658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer 04" ilə baş tutan oyunun nəticəsinə əsasən Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb.

Bizim.Media xəbər verir ki, Ağdam klubunun heç-heçə etməsi ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.

Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,875-ə çatıb.

Son 5 mövsümdəki ümumi əmsallar 20,125-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib. 20,375 əmsala sahib Bolqarıstan 26-cı yerdə qərarlaşıb.

Siyahıya 101,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,864) ikinci, İtaliya (85,855) üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO