“Qarabağ”ın futbolçusu həftənin ən yaxşısı adına namizəd olub

“Qarabağ”ın futbolçusu həftənin ən yaxşısı adına namizəd olub

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu həftənin ən yaxşısı adına namizəd olub

181650

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.

Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Olaviyo Juninyo da yer alıb.

Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda "Roma"nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, "Marsel"in qabonlu forvardı Pyer-Emerik Obameyanq və "Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.

Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda "Bayer 04"ə qarşı keçirilən matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Bayer 04" ilə "Qarabağ" arasında cavab oyunu martın 14-də Almaniyanın Leverkuzen şəhərində keçiriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO