“Qarabağ” - “Bayer” oyunu BAŞLADI

“Qarabağ” - “Bayer” oyunu BAŞLADI

Hazırda oxunan: “Qarabağ” - “Bayer” oyunu BAŞLADI

181595

Bu gün UEFA Avropa Liqasında 1/8 finalın ilk oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu mərhələyə qədər irəliləyən  Azərbaycan təmsilçisi "Qarabağ" da 1/8 finalın ilk matçına çıxır.

Ağdam klubu Bakıda güclü "Bayer"i qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 21:45-də start götürüb.

Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Hazırda Bundesliqada ən yaxın izləyicisi  - ardıcıl 11 mövsümün çempionu "Bavariya"nı 10 xal qabaqlayaraq lider olan "Bayer" həm də bu mövsümün məğlubedilməz komandasıdır.  Leverkuzenlilər bütün turnirlər daxil 34 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv  bunlardan 30-da qalib gəlib, 4 oyunda heç-heçə edib.

Oyuna maraq da olduqca yüksəkdir. Satışa çıxarılan bütün biletlər azarkeşlər tərəfindən alınıb. "Qarabağ"ı stadiondan 30 min, "Bayer"i isə 400-dək azarkeş dəstəkləyəcək.

Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.

Əlavə edək ki, komandalar arasında cavab matçı martın 14-də Almaniyada keçiriləcək.

7 mart

UEFA Avropa Liqası

1/8 finalın ilk oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya)

Hakimlər: Benoit Bastian,  Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO