"Qarabağ"ın "Bayer"lə oyun üçün iştirak ərizəsi açıqlandı

Hazırda oxunan: "Qarabağ"ın "Bayer"lə oyun üçün iştirak ərizəsi açıqlandı

180674

"Qarabağ"  Avropa Liqasının 1/8 finalında "Bayer"lə ilk oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə  qurumun saytındaməlumat verilib.

Bildirilib ki, komandanın baş məşqçisi Qurban Qurbanov 22 futbolçunun adını iştirak ərizəsinə daxil edib.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov
Müdafiəçilər: Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev

Yarımmüdafiəçilər: Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə

Qeyd edək ki, "Qarabağ" "Bayer"lə martın 7-də Bakıda, martın 14-də isə Leverkuzendə qarşılaşacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO