“Zirə” 10 turdan sonra qələbə qazandı - VİDEO

Hazırda oxunan: “Zirə” 10 turdan sonra qələbə qazandı - VİDEO

179820

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, sonuncu oyun gününün ilk görüşündə “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. 

Bu oyunda qonaqlar darmadağına seviniblər. “Zirə” sonuncu dəfə çempionatda ötən ilin noyabrında qələbə qazanmışdı. Qəsəbə təmsilçisi 10 turdan sonra qələbə qazanmaqla uğursuz seriyaya son qoyublar. Daha öncə “Kəpəz” “Qəbələ”yə (2:1), “Səbail” “Sabah”a (2:0) qalib gəlib, “Turan Tovuz” – “Neftçi” matçında (1:1) qalib müəyyənləşməyib. Son oyun isə lider “Qarabağ”la əsas izləyicisi “Sumqayıt” arasında baş tutacaq.

Misli Premyer Liqası

24-cü tur

25 fevral

“Araz-Naxçıvan” – “Zirə” 0:3

Qollar: Vanderson Melo, 20-öz qapısına. Rəhim Sadıxov, 74. Rafael Utziq, 77.

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu.

“Dalğa Arena”, 16:30.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç.

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 8. İsmail Azzaui.

Baş məşqçi: Azər Bağırov.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma.

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 6. Eldar Quliyev.

Baş məşqçi: Rəşad Sadıqov.
 

 

 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO