“Qarabağ”ın qapıçısı Avropanın ən yaxşısı oldu

Hazırda oxunan: “Qarabağ”ın qapıçısı Avropanın ən yaxşısı oldu

179803

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov cari avrokubok mövsümündə seyvlərinin sayına görə köhnə qitənin bütün qapıçıları arasında ən yaxşısı olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Opta Sports” öz “Telegram” kanalında yazıb.

Mənbənin sözlərinə görə, Lunyov Avropa Liqası və Konfrans Liqasının 8 oyununda komandasını 36 dəfə xilas edib.

O, bu avrokubok mövsümündə qapısına vurulan 47 zərbədən 72%-ni qaytarıb. Eyni zamanda qapıçı avtoqollar istisna olmaqla, 12 qol buraxıb.

Xatırladaq ki, Lunyov “Qarabağ”a ötən yay azad agent kimi keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, qapıçının bazar dəyəri 1 milyon avrodur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO