Dövlət qurumları arasında üzgüçülük yarışının qalibləri müəyyənləşib

Dövlət qurumları arasında üzgüçülük yarışının qalibləri müəyyənləşib

Hazırda oxunan: Dövlət qurumları arasında üzgüçülük yarışının qalibləri müəyyənləşib

177561

Bakı Su İdmanı Sarayında dövlət qurumları arasında keçirilən üzgüçülük yarısına yekun vurulub.

Bizim.Media xəbər verir ki, qarışıq (qadınlar və kişilər) MİX estafet yarışında Daxili İşlər Nazirliyinin (DİN) komandası qalib olub.

Növbəti yerləri, müvafiq olaraq, SOCAR və Xəzər Dəniz Gəmiçiliyi tutublar.

Kişilər arasında estafet yarışında (4x50, sərbəst üsul) Daxili İşlər Nazirliyinin kollektivi birinci pilləni tutub. SOCAR ikinci, Fövqəladə Hallar Nazirliyi (FHN) isə üçüncü olub.

Qadınların estafet yarışında (4x50, sərbəst üsul) DİN və SOCAR təmsilçiləri bütün rəqiblərini qabaqlayıblar.

Kişilər arasında 50 metr məsafəyə sərbəst üzmə yarışında Emil İbrahimov (DİN) finişə hamıdan tez çatıb. Stanislav Baykov (SOCAR) və Tevhik Ayhan (Dövlət Gömrük Komitəsi) 2-3-cü yerləri tutublar.

Qadınlar arasında isə Nərgiz Nəsirova 1-ci, Nuriyə Axundova (hər ikisi DİN) 2-ci, Tatyana Srebnaya (Xəzər Dəniz Gəmiçiliyi) isə 3-cü pillənin sahibi olublar.

Qaliblərə diplom və medallar təqdim olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO