Messi Honq-Konqdakı matçda niyə meydana çıxmayıb? - Səbəbi açıqlandı

Messi Honq-Konqdakı matçda niyə meydana çıxmayıb? - Səbəbi açıqlandı

Hazırda oxunan: Messi Honq-Konqdakı matçda niyə meydana çıxmayıb? - Səbəbi açıqlandı

176592

ABŞ-nin “İnter Mayami” futbol klubunun baş məşqçisi Xerardo Martino komandanın hücumçusu Lionel Messinin “Honq Konq XI” klubu (4:1) ilə qarşılaşmasa oynamamasının səbəbini açıqlayıb.

Bu barədə Bizim.Media “South China Morning Post”a istinadən xəbər verir.

“Luis Suares və Lionel Messinin meydana çıxmaması həkimlər qrupunun qərarı idi. Onların fiziki durumunu yoxladıq, çıxarsaydıq, fiziki sağlamlıqlarını riskə atmış olardıq. 

Azarkeşlərin çox üzüldüyünü başa düşürük və onlardan üzr istəyirik. Biz istərdik ki, Messini bir müddət meydanda oynatmaq mümkün olsun, lakin risk çox böyük idi”, - deyə Martino bildirib.
Xatırladaq ki, tribunalarda ulduz futbolçuları meydanda gözləyən 38 min 323 azarkeş olub. Messi bütün oyunu skamyada keçirib, çünki bud nahiyəsində dartınma olub, Suares isə heç bir səbəb olmadan ehtiyat oyunçular skamyasında oturub.

Matça biletin minimum qiyməti 115 avro olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO