“Qarabağ

“Qarabağ" “Braqa” ilə oyunlar üçün iştirak ərizəsini AÇIQLADI

Hazırda oxunan: “Qarabağ" “Braqa” ilə oyunlar üçün iştirak ərizəsini AÇIQLADI

176437

“Qarabağ" Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya)  ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb.

Heyətə komandanın yeni transferi Aleksey İsayev də daxil edilib.

Baş məşqçi Qurban Qurbanov "Braqa" ilə matçlar üçün aşağıdakı oyunçuları sifariş edib:

Qapıçılar: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 89. Amin Ramazanov.

Müdafiəçilər: 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 83. Nihad Quliyev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç.

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 7. Yassin Benzia, 65. Patrik Andrade, 24. Aleksey İsayev, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 6. Julio Romao, 19. Redon Cica, 10. Abdullah Zubir.

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, “Qarabağ” ilə “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə 22-də Bakıda keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO