"Başakşehir" İsraili dəstəkləyən futbolçusu ilə yolları ayırır

Hazırda oxunan: "Başakşehir" İsraili dəstəkləyən futbolçusu ilə yolları ayırır
174056
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Başakşehir" israilli futbolçusu Eden Kazrevlə yolları ayırmağa qərar verib.

Bizim.Media xəbər verir ki, İstanbul klubu bununla bağlı açıqlama yayıb.

Kazrevin Fələstinlə münaqişədə ölkəsinə dəstək verdiyi üçün komandadan göndəriləcəyi bildirilib:

“Futbolçu klubun intizam göstərişinə uyğun olaraq cərimələnib və Eden Karzevin karyerasını xaricdə davam etdirməsi məqsədəuyğun hesab edilib” - deyə klubun açıqlamasında qeyd olunub.

Bir neçə gün əvvəl Türkiyənin  "Antalyaspor" klubu da eyni səbəbdən oxşar addım atmışdı. Komandanın israilli futbolçusu Saqiv Yehezkelin ölkəsinə dəstək verən qol sevincinə görə müqaviləsi ləğv ediləcəyi açıqlanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO