Samir Abasov:

Samir Abasov: "Cədvəlimiz çox sıxdır"

Hazırda oxunan: Samir Abasov: "Cədvəlimiz çox sıxdır"
173171
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Çox çətin oyun oldu. Əslində belə də gözləyirdik. Yanvarın 3-dən bəri fasiləsiz məşq edirik. Cədvəlimiz çox sıxdır".

Bizim.Media xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Antalyadakı təlim-məşq toplanışları çərçivəsində Rumıniyanın "Hermanştadt" komandasına 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

Mütəxəssis görüş haqqında bunları söyləyib:

"Uşaqlar mənim tapşırıqlarıma əsasən əllərindən gələni etməyə çalışdılar. Bu, mövsümün ikinci yarısına hazırlıqdır. Belə yükləmələrin fonunda bu oyun bizə lazım idi. Komandanı bu şəraitdə də görmək vacibdir. Nəticə məyusedici olsa da, yoldaşlıq oyunudur. Bu oyunu diqqətlə təhlil edəcəyik. Nəticə üzərində dayanmayacağıq, daha çox vacib matçlarda bugünkü səhvlərimizin qarşısını almaq üçün meydanda nə edə biləcəyimizi qeyd edəcəyik".

Əlavə edək ki, “Sumqayıt” yanvarın 16-da Özbəkistanın “Soqdiana” komandası ilə də üz-üzə gələcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO