Lunyov “Qarabağ”dan ayrıla biləcəyinin mesajını verdi

Lunyov “Qarabağ”dan ayrıla biləcəyinin mesajını verdi

Hazırda oxunan: Lunyov “Qarabağ”dan ayrıla biləcəyinin mesajını verdi

171709

“Qarabağ"ın qapıçısı Andrey Lunyov  gələcək planlarından danışıb. 

Bizim.Media xəbər verir ki, o, “RB-Sport”a (Rusiya) müsahibəsində yaxşı təklif alacağı təqdirdə Rusiyaya qayıtmağa hazır olacağını etiraf edib.

“Müqaviləniz mövsümün sonuna kimidir. Gələcək karyeranızla bağlı "Qarabağ”la söhbətimiz olubmu?” sualına 31 yaşlı qolkiper belə cavab verib:

“Danışıqlar gedir. Bununla məşğul olan insanlar var. Mənim işim isə meydanda nəticə verməkdir”.

Lunyov gələcəkdə Rusiya Premyer Liqasına qayıtmasının mümkünlüyü haqda suala isə belə cavab verib:

“Prinsipcə, istənilən təklifə açığam. Gələcək inkişaf və ailə üçün hansı variantın daha yaxşı olduğunu araşdırmaq lazımdır”.

Xatırladaq ki, Lunyov “Qarabağ”a 2023-cü ilin yayında transfer olunub. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO