Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq

Hazırda oxunan: Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq
169514
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə bu raundun cütlükləri bəlli olacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Turnirin 1/8 finalında eyni ölkəni təmsil edən və qrup mərhələsində qarşılaşan komandalar üz-üzə gələ bilməzlər.

Səpələnmişlər: "Arsenal", "Mançester Siti" (hər ikisi İngiltərə), "Atletiko", "Barselona", "Real Madrid", "Real Sosyedad" (hamısı İspaniya), "Bavariya", "Borussiya" Dortmund (hər ikisi Almaniya).

Səpələnməmişlər: "Kopenhagen" (Danimarka), "İnter", "Latsio", "Napoli" (hər üçü İtaliya), “Leyptsiq” (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), PSV (Niderland).

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları fevralın 13, 14, 20 və 21-də, cavab matçları isə martın 5, 6, 12 və 13-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO