"Azərbaycan millisində işləməkdən qürur duyaram" - Şenol Günəş

Hazırda oxunan: "Azərbaycan millisində işləməkdən qürur duyaram" - Şenol Günəş
Özət:

 

 

167911
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan millisində işləməkdən qürur duyaram".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş ölkəsinin mətbuatına açıqlamasında bildirib.

71 yaşlı mütəxəssis müvafiq şəxslərdən ona təklif gəldiyini söyləyib.

Günəş rəsmi dəvət gözlədiyini də vurğulayıb: "Hazırda Avstriyada istirahət edirəm. Oturub detallı danışmağımız lazımdır. Azərbaycan futbolu yüksəlişdədir".
Qeyd edək ki, son olaraq 2022/2023 mövsümündə "Beşiktaş"da çalışan təcrübəli mütəxəssis 2000-2004-cü illərdə Türkiyə millisinin "sükanı arxasında" olub. O, 2002-ci ildə yığma ilə dünya çempionatında bürünc medal əldə edib.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO