Taekvandoçularımız Avropa çempionatına yollanır

Taekvandoçularımız Avropa çempionatına yollanır

Hazırda oxunan: Taekvandoçularımız Avropa çempionatına yollanır
167605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 7-də Rumıniyanın paytaxtı Buxarestdə 21 yaşadək taekvondoçular arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millilərinin heyəti bəlli olub. 

Bizim.Media xəbər verir ki, xəbər verir ki, kişilərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov 3 gün davam edəcək yarışda Səyyad Dadaşov, Xıdır Məmmədov (hər ikisi 54 kq), Rahid Vəliyev (58 kq), Pərviz İsgəndərov (63 kq), Vaqif Hacıyev (68 kq), Nicat İsmayılzadə (74 kq) və Eltac Qafarova (80 kq) şans verəcək.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Park isə qitə birinciliyində Zemfira Həsənzadə (46 kq), Məryəm Məmmədova (49 kq), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidovanı (62 kq) sınayacaq.
Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.

Beynəlxalq dərəcəli referi Aygül Abdullayeva Avropa çempionatında ədalət təmsilçiləri sırasında yer alacaq.

Taekvandoçularımız Avropa çempionatına yollanır - foto 1

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO