Üzgüçülük üzrə ölkə kubokunun sahibləri MÜƏYYƏNLƏŞDİ - FOTO 

Üzgüçülük üzrə ölkə kubokunun sahibləri MÜƏYYƏNLƏŞDİ - FOTO 

Hazırda oxunan: Üzgüçülük üzrə ölkə kubokunun sahibləri MÜƏYYƏNLƏŞDİ - FOTO 

165651

Bakı Su İdmanı Sarayında keçirilən Azərbaycan Kubokun qalibləri müəyyən olunub.

Bizim.Media xəbər verir ki, sprint növü üzrə qızlar arasında Fatimə Alkərəmova, oğlanlar arasında isə Ramil Vəlizadə ölkə kubokunun qalibi olubar. 

Stayer növü üzrə isə oğlanlar arasında Süleyman İsmayılzadə, qızlar arasında isə Kseniya Voronina qalib oldular.
Bu yarışda Üzgüçülük üzrə yığma komandanın üzvü, 2008-ci il təvəllüdlü Anastasiya Boborokina ilk dəfə olaraq idman ustası normativini yerinə yetirib. Bundan başqa milli komandanın üzvləri 11 yaşlı Orxan Əliyev və Məryəm Cavadova ilk dəfə idman ustalığına namizəd normativlərini yerinə yetiriblər.

Həmçinin, yarışda fəal iştirak edən 58 könüllü və hakimlərə Üzgüçülük Federasiyası tərəfindən sertifikatlar təqdim edilib. 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Bakı Su İdmanı Sarayının dəstəyi ilə keçirilən Kubok uğrunda yarışlarda ilk pillənin qaliblərindən başqa, digər yaxşı nəticələr göstərənlər də medal və diplomlarla təltif olunublar. 






Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO